Bakıda yerləşən infrastruktur

Oyun serverini Azərbaycanda saxla, oyunçularını itirmə.

CS2, CS 1.6 və Minecraft üçün hazır server hostinqi. GameAP paneli ilə serveri özün idarə et: RCON, fayl meneceri və mod dəstəyi.

  • 7 AZNaylıq başlanğıc
  • 3 oyuncanlı · 41 kataloqda
  • GameAPöz idarəetmə panelin
CS2CS 1.6 / HLDSMinecraft JavaPaper · Forge · FabricAMX Mod XGameAPRCONBakı · Delta Telecom

Oyun kataloqu

3 aktiv oyun, 41 oyunluq kataloq

CS2, CS 1.6 və Minecraft dərhal sifariş olunur. Kataloqda 41 oyun var; digər oyunları bizə yaz — quraşdırma imkanını ayrıca yoxlayırıq.

Oyum yoxdur?

41 / 41 oyun

Bu axtarışa uyğun oyun tapılmadı. Siyahıda olmayan oyunu da soruş — WhatsApp-dan yaz.

Aktiv oyunlar üçün paketlər aşağıdadır. Siyahıda olmayan oyunu da soruşa bilərsən — hər oyun üçün quraşdırma mümkünlüyü ayrıca yoxlanılır.

Qiymətlər

Paketini seç, 2 saat içində oyna

Slot limiti (CS 1.6 / CS2) və Minecraft üçün ayrılmış yaddaş server yaradılarkən avtomatik təyin olunur. Satılan ümumi RAM və vCPU büdcəsi host tutumundan çox satılmır. Bütün paketlərə Azərbaycan lokasiyası, GameAP idarəetmə paneli və texniki dəstək daxildir. Uzunmüddətli ödənişdə endirim tətbiq olunur.

Ödəniş müddəti:
  • 2 saata aktivasiya
  • İlkin quraşdırma haqqı yoxdur
  • Kart məlumatı saxlanmır
  • WhatsApp dəstək

Qiymətlər AZN ilə, aylıq göstərilir. Serverin aktivləşdirilməsi ödəniş təsdiqləndikdən sonra 2 saata qədər çəkir. İlkin quraşdırma haqqı yoxdur.

Ödəniş üsulları: bank köçürməsi və ya nağd ödəniş. Onlayn kart ödənişi hələ mövcud deyil — sifarişdən sonra menecer təlimat verir.

Minecraft: 2 GB paket Vanilla və yüngül Paper üçündür, modpaket üçün 4 GB-dan başlayın. 16 GB “Network” paketi tək yüksək yaddaşlı serverdir; BungeeCord/Velocity proxy daxil deyil.

Canlı

Serverlərimiz indi

Aşağıdakı serverlər YER.AZ infrastrukturunda işləyir. Eyni şəbəkədə öz serverini də qura bilərsən.

30 saniyədən bir yenilənir

Necə işləyir

Üç addımda serverin hazır

  1. 01

    Paketi seç və sifariş et

    Oyunu, slot sayını və ya RAM həcmini seç. Formu doldur — sifariş nömrəsi dərhal verilir.

  2. 02

    Ödənişi təsdiqlə

    Menecer sifariş nömrəsi ilə əlaqə saxlayır və ödəniş üsulunu təqdim edir. Ödəniş təsdiqlənən kimi server ayrılır.

  3. 03

    İdarəetməni ələ al

    GameAP panelinə giriş, IP:port və RCON məlumatları sənə verilir. Dəstək hər zaman yanındadır.

Niyə YER.AZ

Texniki üstünlüklər

Azərbaycan lokasiyası

Serverlər Bakıda yerləşir. Yerli oyunçular üçün xarici hostinqə nisbətən daha aşağı gecikmə və stabil əlaqə.

GameAP idarəetmə paneli

Serveri dayandır, yenidən başlat, faylları redaktə et, RCON əmrləri göndər — hamısı brauzerdən.

Mod və plugin dəstəyi

Minecraft üçün Paper, Forge, Fabric; CS 1.6 üçün AMX Mod X; CS2 üçün standart server konfiqurasiyası.

Şəffaf qiymət

Gizli qurulum haqqı, slot artımı üçün sürpriz ödəniş yoxdur. Nə görürsənsə, onu ödəyirsən.

İnsan dəstəyi

Telefon və WhatsApp ilə Azərbaycan dilində dəstək. Sualına real insan cavab verir.

Sabit infrastruktur

DDoS qoruması, gündəlik ehtiyat nüsxə və izlənən server resursları. Oyunçuların kəsintisiz oynayıb.

FAQ

Tez-tez verilən suallar

Server nə qədər vaxta aktivləşir?

Ödəniş təsdiqləndikdən sonra adətən 15–60 dəqiqə, maksimum 2 saat ərzində. Sifariş nömrəsi ilə statusu “Sifarişim” səhifəsindən izləyə bilərsən.

Ödənişi necə edim?

Sifariş göndərdikdən sonra menecer səninlə əlaqə saxlayır və bank köçürməsi və ya nağd ödəniş üçün təlimat verir. Kartla onlayn ödəniş hələ mövcud deyil.

Server fayllarına girişim olacaq?

Bəli. GameAP panelində fayl meneceri və RCON mövcuddur. Plugin, mod və konfiqurasiya fayllarını özün idarə edirsən.

Slot və ya RAM sonradan artıra bilərəm?

Bəli. Paketi yuxarı səviyyəyə keçirmək üçün dəstəyə yaz; fərq qalan günlərə uyğun hesablanır.

Pul qaytarılır?

Qaytarma ilə bağlı müraciəti dəstəyə göndər; hər müraciət fərdi qaydada qiymətləndirilir. Ətraflı şərtlər Xidmət şərtləri səhifəsindədir.

Serverim dələduzluq və ya qadağan olunmuş məzmun üçün istifadə oluna bilərmi?

Xeyr. Qanunsuz fəaliyyət, DDoS, spam və zərərli məzmun aşkar edildikdə xidmət dayandırılır. Bu, bütün müştərilərin stabilliyini qoruyur.

Serverini bu gün aç

Sifariş formu 1 dəqiqə çəkir. Ödənişdən sonra server sənin olur.

Sifariş

Ödəniş sifarişdən sonra menecer tərəfindən təyin olunur. Kart məlumatları bu saytda saxlanmır.

WhatsApp